sheffaf.az
sheffaf.az

Ərdoğan: “Beynəlxalq aləm Suriyada yol verdiyi səhvi Liviyada təkrarlamamalıdır”

24-01-2020, 14:12

Ərdoğan: “Beynəlxalq aləm Suriyada yol verdiyi səhvi Liviyada təkrarlamamalıdır”

“Almaniya ilə birlikdə Liviya münaqişəsinin həllinə çalışırıq. Beynəlxalq aləm Suriyada yol verdiyi səhvi Liviyada təkrarlamamalıdır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Türkiyə Prezidenti ölkəsində səfərdə olan Almaniya kansleri Angela Merkellə birlikdə Türk-Alman Universitetinin kampusunun açılış mərasimində iştirak edib.

Ərdoğan bildirib ki, tezliklə atəşkəsə nail olunmasa, Liviyadakı xaos bütün Aralıq dənizi hövzəsinə təsir göstərəcək.

“Liviyada İŞİD və “Əl-Qaidə” kimi terror təşkilatları ilə muzdlu döyüşçülərin genişlənməməsini istəyiriksə, münaqişənin həllini tezləşdirməliyik. Liviyalı qardaşlarımızın sülh şəraitində yaşaması üçün onların yanında olacağıq. Liviya münaqişəsinin həllinə nail olmaq başlıca hədəfimizdir. Sülh üçün atılacaq istənilən addımları dəstəkləyəcəyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.(apa)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829