sheffaf.az
sheffaf.az

Rəşad Haşımov "Rast"ın solisti ilə evləndi

21-01-2020, 13:05

Rəşad Haşımov "Rast"ın solisti ilə evləndi


"Rast" qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımov ikinci dəfə ailə həyatı qurub.
Mediabiz.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 49 yaşlı məşhur musiqiçi rəhbəri olduğu qrupun solisti, Əməkdar artist Lamiyə Kərimova ilə evlənib.

Toy bir neçə gün bundan əvvəl Bakının tanınmış restoranlarının birində baş tutub. Məclisə çox az sayda qonaqlar dəvət olunub və qapalı keçirilib.
Səbəbkarlar toyda iştirak edən qonaqlardan hər hansı bir görüntülərin sosial şəbəkələrdə paylaşılmamasını xahiş ediblər.
Qeyd edək ki, R. Haşımov Xalq artisti Ceyran Haşımovanın oğludur və bir müddət əvvəl ilk evliliyindən boşanıb. Onların bu nikahdan iki övladı var və əməkdar artist eyni zamanda, nəvə sahibidir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829