sheffaf.az
sheffaf.az

Nura Suri: Atışma səslərini eşidəndə evdə yerə uzandıq ki...

20-01-2020, 17:18

Nura Suri: Atışma səslərini eşidəndə evdə yerə uzandıq ki...

Bu qanlı faciə yaddaşıma silinməz iz kimi həkk olunub. Bu bir millətin həm birliyi, şərəfi, qəhrəmanlığı, həm də faciəsi idi.

Bu sözləri müğənni Nura Suri Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

O, həmin dəhşətli illəri epizodlarla xatırladığını bildirib:

“1990-ci ildə mənim 13 yaşım var idi. O zaman valideyinlərim bir çoxları kimi Azadlıq meydanına gedirdi. Bir dəfə ora gedəndə məni də özləri ilə birlikdə apardılar. Nələrin baş verdiyini tam anlamırdım. Hamımız həyacan içində idik. Bu hadisələr epizodlarla yadımdadır.

Yanvarın 19-dan 20-sinə keçən gecə şəhəri atəş səsləri bürümüşdü. Bütün ailə bir yerdə olsun deyə yanvarın 19-u anam söylədi ki, nənəmgilə gedək. Bütün yollar bağlı idi. Biz o zamanlar “Sovetskiy” deyilən ərazidə yaşayırdıq. Nənəm isə səkkizinci mikrorayonda, keçmiş “Lenin”, indiki “Azadlıq” prospektində qalırdı. Yollar bağlı olduğundan nənəmgilə ayaqla yürüyərək getdik. Yollarda həddindən artıq çox insan var idi.

Atışma olan gecə nənəmin evində idik. Atışma səslərini eşitdikdə oyanıb, hamınız evdə yerə uzandıq ki, pəncərəyə güllə dəysə, biz xəsarət almayaq.

Səhərisi gün yəni yanvarın 20-si gördüklərimiz bir dəhşətli yuxuya bənzəyirdi. Amma əfsuslar olsun ki, bu, yuxu yox, acı və qorxunc reallıq idi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829