sheffaf.az
sheffaf.az

Prezident müşavirə keçirib göstərişlər verir: Bəs sonra nə olur? - Açıqlama

17-01-2020, 11:17

Prezident müşavirə keçirib göstərişlər verir: Bəs sonra nə olur? - Açıqlama

Bir neçə gün öncə Prezident İlham Əliyevin yanında müşavirə keçirildi. Müşavirədə son bir ilin nəticələri müzakirə olundu və dövlət başçısı mövcud olan bir sıra nöqsanlardan danışdı, göstərişlər verdi. Belə görüşlər müntəzəm olaraq keçirilir və dövlət başçısı ən vacib məqamların həlli istiqamətində tapşırıqlar verir. Bəs sonra nə olur? Hansı tədbirlər görülür, hansı nəticələr çıxarılır?
Bizimyol.info-nun bu sualını iqtisadçı, “Spektr” Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, Ramil Abbasov cavablandırır.
Prezident müşavirə keçirib göstərişlər verir: Bəs sonra nə olur? - Açıqlama
Ramil Abbasov Ramil Abbasov
“Bildiyimiz kimi bir neçə gün qabaq ölkə prezidenti İlham Əliyevin yanında müşavirə keçirildi. Müşavirədə bir çox məsələlərə toxunuldu və tapşırıqlar verildi. Müşavirədən çox az bir müddət keçməsinə baxmayaraq artıq biz islahatlar fonunda dəyişiklikləri görməyə başladıq. Belə ki, nazirlər prezident tərəfindən səsləndirilən nöqsanları öz işlərində rəhbər tutaraq bir sıra sərəncamlar verdilər.

Xüsusi ilə Mərkəzi Bankda baş verən struktur dəyisikliklərini göstərmək olar ki, burada bir sıra şöbələr bağlandı və ya yeniləri yarandı. Prezidentin də vurğuladığı kimi bank sektoruna güclü nəzarət və güclü idarəetmə mexanizmi tətbiq olunmalıdır ki, gələcəkdə heç bir sürprizlə qarşılaşmayaq. Xüsusilə kredit portfelindəki istehlak və biznes kreditləri nisbətini dəyişmək və iqtisadiyyatın aparıcı qüvvəsi olan biznes sahibkarlıq sahəsinə daha çox diqqət ayrılması vurğulandı. İstehlak kreditləri bir sıra banklar üçün əlçatan, əlverişli və az riskli duğu üçün əksəriyyət bu növ kreditə üstünlük verir. Dövlət üçün isə bu daha çox risklidir.

Biz praktiki olaraq bunu devalivasiyadan sonrakı dövrdə gördük. Düzdür problemli kredit portfeli qalmaqda davam edir. Yalnız bir qismi ölkə prezidentinin fərmanı ilə qismən bağışanıldı və ya guzəştli şərtlərlə restrukturizasiya olunaraq müddəti uzadıldı. Bundan başqa son günlərdə sığorta şirkətləri tərəfindən əhaliyə bildiriş paylanması və cərimə olunacaqları ilə bağlı deyilən fikirlərə də prezident tərəfindən son qoyuldu. Haqqlı olaraq əvvəl vətəndaşın sığorta barədə marifləndirilməsi və məlumatlandırılması tapşırığını verdi. Prezident tərəfindən gömrük işçilərinin vətəndaşlara qarşı kobud rəftar etməsi hallarının olduğu vurğulandı. Bu sahədə də yenilik var. Artıq bir neçə gündü ki gömrük işçilərinə vətəndaşlarla davranış qaydası öyrədilir və bu sahədə seminarlar, kurslar keçirilir”,- deyə iqtisadçı qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031