sheffaf.az
sheffaf.az

PA rəsmisindən deputatlığa namizədlərə xəbərdarlıq - Qaydalar dəyişib

16-01-2020, 15:21

PA rəsmisindən deputatlığa namizədlərə xəbərdarlıq - Qaydalar dəyişib

Prezident Administrasiyasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) indiyədək deputat olan namizədləri ilə fərdi söhbətlər aparılıb və onlara yeni situasiya izah olunub.
Dia.az xəbər verir ki, bu barədə “AzPolitika.info”-ya məlumatlı mənbə xəbər verib.

Məlumatda bildirilir ki, yeni il ərəfəsində baş tutan qəbullarda YAP-ın deputat-namizədləri ilə Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev söhbət aparıb.

“Prezidentin köməkçisi açıq şəkildə bildirib ki, heç kim keçmişdəki “ənənəvi qaydalara” ümid etməsin. Z.Nağdəliyev hakimiyyətin öz namizədlərinə lazımi dəstəyi verəcəyini, ancaq bununla yanaşı ölkədə həyata keçirilən islahat siyasətinə kölgə sala biləcək hallara yol verilməyəcəyini də vurğulayıb, xəbərdarlıq edib ki, namizədlər real seçki kampaniyası aparmaqla, seçicilərini səsverməyə cəlb etsinlər”, – mənbə xəbər verir.

Prezidentin köməkçisinin belə xəbərdarlığı hakimiyyətin qeyri-rəsmi dəstəklədiyi namizədlərə də çatdırdığı bildirilir.

Hakimiyyətin namizədlərə fərdi qaydada elan olunan bu mövqeyi isə fevralın 9-na təyin olunan növbədənkənar seçkilərdə ciddi sürprizlərin ola biləcəyini gözləməyə əsas verir.

Belə görünür ki, Azərbaycan iqtidarı bütün beynəlxalq diqqətin üzərində olduğu bir vaxtda, öz namizədlərinə, əvvəllər olduğu kimi, hansı yolla olursa-olsun mandat vermək fikrində deyil.

Bu isə dairələrdə əhali ilə ciddi iş apararaq, seçkini udan namizədin qələbəsinin tanınacağını söyləməyə əsas verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031