sheffaf.az
sheffaf.az

Gəncədə xəstənin daxilində qayçı qalmasına görə baş həkimə sərt cəza verildi

14-01-2020, 17:34

Gəncədə xəstənin daxilində qayçı qalmasına görə baş həkimə sərt cəza verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə əməliyyat olunan qadının qarın boşluğunda qayçı qalması ilə bağlı məlumatalara münasibət bildirib.

Qurumdan Report-a verilən məlumata görə, ötən il iyulun 2-də pasient Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunub.

“2019-cu ilin dekabrın 2-də xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib və qarın boşluğunda qayçı olduğu aşkarlanıb. Həmin gün yenidən Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunaraq qayçı çıxarılıb.

Hadisədən sonra xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib”, -TƏBİB-dən bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031