sheffaf.az
sheffaf.az

Belarus Azərbaycandan neft almağı təklif edib

14-01-2020, 17:21

Belarus Azərbaycandan neft almağı təklif edib

Belarus Ukrayna, Azərbaycan, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrdən neft almağı təklif edib.

Bu barədə TASS xəbər yayıb.

Baş nazirinin birinci müavini Dmitri Krutoy bildirib ki, Belarus Rusiya şirkətlərinə əvvəlki həcmdə neft üçün əlavə ödəniş etməyi iqtisadi cəhətdən səmərəli hesab etmir.

O, ölkə Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra Belarusun Azərbaycan, Ukraynaya, Qazaxıstana, Polşaya və Baltikyanı ölkələrə neft alışı ilə bağlı təkliflər göndərdiyini açıqlayıb.

“Hökumət alternativ neft tədarükü üçün sxem hazırlamağa davam edir, bütün mümkün variantları araşdırır. Biz müvafiq kommersiya təklifləri göndərmişik. Zavodlarımızın bütün kommersiya xidmətləri, Belarus Neft Şirkəti, demək olar ki, hər gün bununla bağlı danışıqlar aparır. Hesab edirəm ki, tezliklə konkret neft tədarükü üçün alternativ variantlar tapacağıq”, - deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031