sheffaf.az
sheffaf.az

Rəfael Dadaşovun qızı: "Atam güclə nəfəs alır"

14-01-2020, 15:13

Rəfael Dadaşovun qızı: "Atam güclə nəfəs alır"

"Ona əsəbləşmək olmaz. Güclə nəfəs alır. Özü bu barədə heç bir şey demək istəmir".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Xalq artisti Rəfael Dadaşovun qızı müğənni Səidə Dadaşova deyib. O, həmçinin hazırda atasının ev şəraitində müalicə aldığını bildirib:
" Atam hazırda evdə müalicə olunur. Yeni ildə nəvələrinin, balalarının yanında olsun deyə evə gəlib. Artıq xəstəxanadan qayıtmasını tələb edirlər. Müalicəsi gedir, nəzarətdədir".

Qeyd edək ki, dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. Daha sonra Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun müalicəsini öz üzərinə götürüb. Belə ki, Xalq artistii R.Dadaşov "Bona Dea International Hospitalı"na yerləşdirilib və hazırda müalicəsi həmin xəstəxanada davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031