sheffaf.az
sheffaf.az

Dövlət sifarişi əsasında neçə nəfərə güzəştli mənzilin verilməsi planlaşdırılıb? - RƏSMİ

14-01-2020, 11:58

Dövlət sifarişi əsasında neçə nəfərə güzəştli mənzilin verilməsi planlaşdırılıb? - RƏSMİ

Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq MİDA tərəfindən dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən müvafiq proqramlar çərçivəsində, həmçinin dövlət orqanları, təşkilatları və müəssisələrinin işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması, sosial məişət problemlərinin həlli məqsədilə binaların tikintisi həyata keçirilir.

Lent.az məlumat verir ki, bu barədə qurumun ötən ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş iclasında bildirilib. Qeyd edilib ki, bu istiqamətdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Prezidentin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli fərmanına əsasən yaradılmış Komissiyanın Azərbaycan ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi ilə bağlı müraciətinə uyğun olaraq 2019-cu ildə agentlik tərəfindən Hövsan Yaşayış Kompleksində 436 mənzil ayrılıb.

Əlavə edilib ki, bu ikinci dövlət sifarişi layihəsidir. Bundan öncə agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin ərazisində 77 mənzil Dövlət Sifarişi əsasında vətəndaşlara təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031