sheffaf.az
sheffaf.az

“CinemaPlus” MakQreqor və Serron döyüşünü göstərəcək

14-01-2020, 09:22

“CinemaPlus” MakQreqor və Serron döyüşünü göstərəcək

“CinemaPlus” Premium-klass kinoteatrı 19 yanvar səhər 07:00-da irlandiyalı boksçu Konor MakQreqor və ikiqat UFC çempionu, amerikalı Donald Serronun döyüşünü nümayiş etdirəcək.

Trend-in məlumatına görə, titul döyüşü olmayan UFC-246 Las-Veqasda keçiriləcək.

Konor MakQreqor – yarım-yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 25 döyüş keçirib, onun 21-də qələbə qazanıb. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub.

Serron – qaydasız döyüşün əsl veteranıdır. Son illər beş döyüşdə iştirak edən Donald oyunun üçündən qalib ayrılıb, ikisində isə uduzub. O, karyerası boyu 50 dəfə vuruşub, 36 qələbə qazanıb, 13 məğlubiyyət yaşayıb. Onun bir matçının nəticəsi isə ləğv edilib.

Biletin qiyməti Bakıda 7 AZN, Gəncədə isə 4 AZN-dir. Tələsin, yerlər məhduddur!

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031