sheffaf.az
sheffaf.az

Mixeil Saakaşvili: "Gürcüstanın Avropa ilə vizasız rejimi yaxşı fikir deyildi"

13-01-2020, 15:40

Mixeil Saakaşvili: "Gürcüstanın Avropa ilə vizasız rejimi yaxşı fikir deyildi"

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ölkəsinin Avropa ilə vizasız rejimini təklif edənlərdən biri olduğunu, lakin bu təklifin özünü doğrultmadığını bildirib.
“Ukraina.ru” xəbər verir ki, keçmiş dövlət başçısı vaxtilə Polşa və İsveç xarici işlər nazirləri ilə birgə Avropa İttifaqının Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna kimi ölkələri əhatə edən "Şərq Tərəfdaşlığı" proqramının təməlini qoyduğunu dilə gətirib.

“Vizasız rejimi, Avropaya qovuşma fikrini biz təqdim etmişdik. Lakin indi vətəndaşlarımızın iş dalınca Avropaya getdiyi üçün özümü danlayıram”, - M.Saakaşvili deyib.

Gürcüstanın sabiq lideri vətənə dönüb vəziyyəti yoluna qoyacağını söyləyib.(report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031