sheffaf.az
sheffaf.az

"Gərək "qurbağa" mahnılarla partlatsınlar?" - Qalmaqal

13-01-2020, 14:07

"Gərək "qurbağa" mahnılarla partlatsınlar?" - Qalmaqal

Müğənnilər Nadir Qafarzadə, Səidə Sultan və meyxanaçı Vüqar Əbdülov Pərviz Bülbülə ilə Türkan Vəlizadəni tənqid edib.
Axşam.az xəbər verir ki, "Ay Zaur"a qonaq olan duet ortaqları ilə bağlı sorğu hazırlanıb.

Sorğuda yer alan Nadir "Acıqlarına gəlməsin, o janra qulaq asmıram. Mənim üçün deyil. Orada musiqi yoxdur, nəyi dinləyim? Pərviz dostumdur, Türkan yanımda çalışıb, inciməsinlər. Sadəcə, pul üçün oxuyurlar" deyə, iradını bildirib.

Səidə isə Türkan və Pərvizin mahnısını belə tənqid edib:

"Elə mahnılar mənə parodiya kimi gəlir. "Lağyana" musiqi kimi baxıram. Parazit oxuyanlara görə musiqi zay olub. Hamı partlatmaq istəyir. Elə "qurbağa-qurbağa" mahnılarla gərək partladasınız? Savadlı mahnı ilə partladın da".

Vüqar isə duet ortaqlarını parodiyaçı adlandırıb və "Parodiyadır. Bollivud, İrandan sızma mahnıların eynisidir" sözlərini söyləyib.

Açıqlamalara əsəbiləşən Pərviz "Nadir mənə necə qulaq asın? Mən özüm vaxt tapıram Nadirə qulaq asmağa? Səidə özü də meyxana oxuyurdu. Bunların hamısı bazarda oxuyanlardır da? Onlar özləri hansı yerdədir? İzləməyə qalsa, mən Xumar Qədimovaya qulaq asıram. Bir məclisə gedib çıxanda mikrofonu Nadirə, Səidəyə təqdim etmişəmsə, fərqimiz nədir? Hamımız bir bazarda deyilik?" cavabını verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031