sheffaf.az
sheffaf.az

Ramiz Mehdiyev: “İslahatlara ehtiyac var”

28-12-2019, 13:23

Ramiz Mehdiyev: “İslahatlara ehtiyac var”

"Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas hədəflərindəndir".

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu AMEA-nın Ümumi yığıncağında çıxış edən Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının "2020-2025-ci illər üçün inkişaf proqramı”nın qəbul edilməsi bir tərəfdən müasir dövrün qlobal çağırışları, digər tərəfdən ölkənin sosial-iqtisadi inkişaf proqramları ilə uzlaşır: "Dövlətin gələcək hərbi, siyasi, iqtisadi, mədəni gücü elmi potensialla bağlıdır.

Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, elm sahəsinin inkişafı üzrə də ulu öndər Heydər Əliyevin siyasətini davam etdirir".

R. Mehdiyev deyib ki, bu gün akademiyanın qarşısında tamamilə yeni vəzifələr dayanır: "Hazırkı şəraitdə akademiyanın elmi potensialının inkişafında islahatlara ehtiyac var. Bu vəzifə də dünya elminin inkişafı meyllərindən, ölkənin intellektual modelə əsaslanan strateji inkişaf istiqamətindən irəli gəlir". Akademik qeyd edib ki, bu gün inkişafın əsas lokomotivi elm və innovasiyadır. O əlavə edib ki, bu mənada Akademiya bütün başlanğıcların lideri olmalıdır. Akademiyada dövlət başçısı tərəfindən həyata keçirilən çoxşaxəli islahatlara elmin dəstəyini təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031