sheffaf.az
sheffaf.az

Zeynəb Xanlarova ilə bağlı DSK-dan açıqlama

26-12-2019, 13:57

Zeynəb Xanlarova ilə bağlı DSK-dan açıqlamaXalq artisti Zeynəb Xanlarovanın növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmaması müəmma olaraq qalır.

Xalq artistinin seçkilərə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən qatılacağı bildirilsə də, nə özü, nə də yaxın çevrəsinə daxil olan şəxslər bu barədə fikir bildirib.

50 saylı Abşeron-Qobustan seçki dairəsindən isə Yenisabah.az-a bildirilib ki, Zeynəb Xanlarovanın sənədləri dairəyə daxil olmayıb. "Belə bir şey yoxdur. Mətbuatdı da yazır, onlar çox şey yazırlar”, - Dairə Seçki Komissiyasından (DSK) bildirilib.

Zeynəb Xanlarova 1995-ci ildən deputatdır. O, həm də Azərbaycan SSR Ali Sovetin XI və XII çağırış deputatı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031