sheffaf.az
sheffaf.az

Xalq artisti xanəndənin səhhətindən DANIŞDI: "Üzərimizdə o qədər göz var ki, mən yıxılmışdım, onun da..."

19-12-2019, 14:34

Xalq artisti xanəndənin səhhətindən DANIŞDI: "Üzərimizdə o qədər göz var ki, mən yıxılmışdım, onun da..."

"Hər kəs xəstələnə bilər, insanıq. Bir az soyuqdəyməsi var".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib.
Xanım sənətçi dünən baş tutan konsert zamanı həmkarı Ehtiram Hüseynovun səhhətinin pisləşməsi haqqında danışıb:

"Hər kəs xəstələnə bilər, insanıq. Bir az soyuqdəyməsi var. Vallah, üzərimizdə o qədər göz var ki, həmin gün mən yıxılmışdım, onun da ayağı burxulmuşdu. Xəstə idi, həm də qrip idi deyəsən. Yəqin tezliklə özü bu haqqında açıqlama verəcək".
Qeyd edək ki, dekabrın 8-i Heydər Əliyev Sarayında Xalq artisti Nəzakət Teymurova və Əməkdar artist Ehtiram Hüseynovun Xalq şairi Ramiz Rövşənin şeirlərinə bəstələnən mahnılardan ibarət "Qəfil gün doğsa bir gecə" adlı konserti baş tutub. Konsert zamanı Ehtiram Hüseynovun səhhətinin normal olmadığı üzə çıxıb. Xanəndənin ifaları zamanı yerindən qalxa bilmədiyi və qalxan zaman isə yeriməkdə çətinlik çəkdiyi bildirilir. Ona dəstək olmaq üçün Nəzakət Teymurova qoluna girib.

Bildirilir ki, sənətçinin ifası zamanı ağlaması tamaşaçıları və sənət yoldaşlarını göz yaşlarına boğub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031