sheffaf.az
sheffaf.az

Tanınmış türkiyəli alim Azərbaycan dili və ədəbiyyatını təbliğ edir

18-12-2019, 12:48

Tanınmış türkiyəli alim Azərbaycan dili və ədəbiyyatını təbliğ edir

Tanınmış türk dilçi alimi, Türkiyənin Hacettəpə Universitetinin Tətbiqi Lüğətçilik və Araşdırma Mərkəzinin direktoru professor Şükrü Haluk Akalın Tərcümə Mərkəzində olub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan–Türkiyə ədəbi əlaqələri istiqamətində mərkəzlə əməkdaşlıq əsasında ərsəyə gətirilmiş layihələr – Mərkəzin Ankara nəşrləri ətrafında fikir mübadiləsi aparılıb. “Xəzər” jurnalının Türkiyə nəşri, Mikayıl Müşfiqin türk dilinə çevrilmiş “Eşq şeirləri” kitabının Ankarada nəşri, eləcə də digər məsələlər müzakirə edilib. Professor özünün elmi rəhbərliyi altında Azərbaycan ədəbiyyatı nümunələrinin dil və söz yaradıcılığı mövzusunda iki diplom işinin hazırlandığını, Azərbaycan ədəbiyyatının və dilinin bundan sonra da davamlı şəkildə Hacettəpə Universitetində təhlil və tədris ediləcəyinin planlaşdırıldığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031