sheffaf.az
sheffaf.az

Azərbaycanda AĞIR QƏZA: yük maşını dəmir arakəsməyə çırpıldı: ölənlər var - YENİLƏNİB

17-12-2019, 10:15

Azərbaycanda AĞIR QƏZA: yük maşını dəmir arakəsməyə çırpıldı: ölənlər var - YENİLƏNİB

Fövqəladə Hllar Nazirliyi Sumqayıtda baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, Sumqayıt şəhərində "Shacman" markalı yük avtomobili yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sürücü 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlunun və sərnişin 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

saat: 09:24

Sumqayıtda qəzada ölən şəxslərin şəxsiyyəti dəqiqləşib.

APA-nın yerli bürosunun məlumatına görə, bunlar 1989-cu il təvəllüdlü Nəsibov Eldar Qəzənfər oğlu (sürücü) və 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğludur (sərnişin).

***

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza “Sumqayıt stansiyası” yaşayış massivindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, "MAZ" markalı betonqarışdıran yük maşınının sürücüsü idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir arakəsməyə çırpıb. Nəticədə yük maşını aşıb, sürücü və onun sərnişini ölüb. İlkin ehtimala görə, qəzaya sürücünün yuxulu olması səbəb olub. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir, onlar aidiyyəti üzrə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031