sheffaf.az
sheffaf.az

Oqtay Gülalıyevin son durumu: İrəliləyiş var

13-12-2019, 17:45

Oqtay Gülalıyevin son durumu: İrəliləyiş var

“Atam Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur”.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı keçirdiyi qəzadan sonra komaya düşən hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev sosial şəbəkə hesabında paylaşıb.

T.Gülalıyev bildirib ki, son 2 gündə Oqtay Gülalıyevin qızdırması olmayıb: “Nəfəs alması da yaxşılaşıb. Həmçinin böyrəklərində olan keratinin səviyyəsi azalmağa doğru gedir”.

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.

Oqtay Gülalıyev hazırda Türkiyənin İstanbul şəhərindəki “Amerikan” xəstəxanasında müalicə alır. O.Gülalıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031