sheffaf.az
sheffaf.az

Həcc və Ümrə zəvvarlarına VACİB XƏBƏR: SIĞORTA PULU ALINACQ

13-12-2019, 13:58

Həcc və Ümrə zəvvarlarına VACİB XƏBƏR: SIĞORTA PULU ALINACQ

Səudiyyə Ərəbistanı ərazisində yerləşən müqəddəs məkanları ziyarət edənlərlə bağlı yeni qayda tətbiq olunur.

Anews.az SPA-ya istinadən xəbər verir ki, Həcc və Ümrə ziyarətlərinə gedəcək zəvvarlardan əlavə olaraq sığorta pulu alınacaq.

Sığorta pulunun miqdarı 85 AZN təşkil edəcək. Bu ödənişi edəcək zəvvarlar 30 gün müddətində üzləşəcəkləri hadisələr zamanı pulsuz səhiyyə xidmətlərindən istifadə edəcəklər.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Məhəmməd Saleh bin Tahir Benten bildirib ki, sığortanın bahalı xidmətindən istifadə edəcək zəvvarlar adambaşına 100 min rial (45 min AZN) dəyərində təcili tibbi yardım xidmətlərindən istifadə edəcək, qəza vəziyyətində isə 380 milyon riala (172 milyon AZN) qədər təzminat ala biləcəklər.

Bahalı sığorta xidmətindən istifadə etmək istəyən zəvvarlar bunun üçün 44 min AZN ödəməli olacaqlar.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031