sheffaf.az
sheffaf.az

Altay Məmədovun oğlu vəfat etdi

13-12-2019, 12:00

Altay Məmədovun oğlu vəfat etdi

Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, nasir-publisist, dramaturq Altay Məmmədovun oğlu Elşad Məmmədov vəfat edib.

Elşad Məmmədov yaradıcılıq fəaliyyətinin böyük hissəsini həsr etdiyi Gəncədə yerləşən Cəfər Cabbarlı adına Dövlət Dram Teatrında 20 il ərzində ədəbi hissə müdiri kimi çalışıb.

Onun “Qapı” komediyası Gəncə Dram Teatrının repertuarında uzun illər məşhur əsərlərdən biri olub.

O həmçinin Gəncədə yerləşən Zərdabi Poeziya Teatrının formalaşmasında mühüm rol oynayıb.

1997-ci ildən Elşad Məmmədov Gəncə İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. Bundan sonra onun karyerası bütünlüklə torpaq ayrılması sahəsi ilə, əsas neft ixracı kəməri olan Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəməri kimi layihələrdə ictimai əlaqə və sosial yatırımlarla bağlı olub.

Elşad Məmmədovun sonuncu yaradıcılıq nümunəsi Nizami Gəncəvinin əsəri əsasında yazdığı “Sevgimin göy qurşağı” librettosu olub.

Məlumata görə, E.Məmmədovla vida mərasimi Gəncədə keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031