sheffaf.az
sheffaf.az

Çeçenistandan ABŞ sanksiyalarına cavab: “Bütün şəxsi heyəti bu bədnam siyahıya salın”

12-12-2019, 17:05

Çeçenistandan ABŞ sanksiyalarına cavab: “Bütün şəxsi heyəti bu bədnam siyahıya salın”

Çeçenistanın Daxili İşlər naziri Ruslan Alxanov ABŞ senatının respublikanın rəhbər vəzifələrində çalışan əməkdaşlarının Dövlət Departamentinin sanksiylar siyahısına salınmasına münasibət bildirib.

Sheffaf.az oxu.az-a istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Ruslan Alxanov təklif edib ki, Çeçenistanın bütün güc strukturları sanksiyalar siyahısına salınsın.

"ABŞ Dövlət Departamenti mütəmadi olaraq xalqımızın ən layiqli və hörmətli nümayəndələrini "sanksiyalar siyahısı"na salır. Onların arasında Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları da var. Təklif edirəm ki, Daxili İşlər Nazirliyinin bütün şəxsi heyəti bu bədnam siyahıya salınsın. Beləliklə, Dövlət Departamenti öz işini asanlaşdırmış olar".

Nazir xatırladıb ki, bölgədəki beynəlxalq terrorizmə qarşı mübarizədə Çeçenistan Daxili İşlər Nazirliyinin 1600 əməkdaşı həyatını itirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031