sheffaf.az
sheffaf.az

“Qızıl qlobus” namizədlərin adı açıqlandı: Hamı heyrətləndi

12-12-2019, 14:31

“Qızıl qlobus” namizədlərin adı açıqlandı: Hamı heyrətləndi

Bütün dünyadan olan kino və serial fanatları vacib bir hadisəni  - “Qızıl qlobus - 2020” mükafatı namizədlərinin adını səbirsizliklə gözləyirdi. Ancaq bununla bağlı keçirilən tədbir sürprizsiz ötüşməyib.

Bu barədə “Popcorn News” xəbər verib.

Ən mübahisəli məqamlardan biri “Game of Thrones” ilə bağlı olub. Əlbəttə, serialın final mövsümü fanatlarda bir sıra mənfi rəylər yaradıb, ancaq bunların heç biri aktyorların oyunları ilə bağlı deyildi.




Lakin namizədlər arasında ancaq Kit Harinqtonun adı var: serialın ən parlaq ulduzları arasında olan Emiliya Klark və Piter Dinkleyci isə təşkilatçılar görməzdən gəliblər.



Bundan başqa, Martin Skorsezin “The Irishman” dramında baş rol oyunçusu olan Robert de Niro da diqqətdən kənar saxlanılıb. Qərarı ikiqat təəccüblü edən isə aktyorun həmin filmdəki həmkarlarının adının nominasiyalarda olmasıdır. Yeri gəlmişkən, “The Irishman” ən yaxşı film adı uğrunda mübarizə aparacaq.



Şaya LaBaf da mükafatsız qalacaq. Avtobioqrafik “Honey boy” filmi bir çox xüsusiyyətlərinə görə pərəstişkarları sevindirsə də, “Qızıl qlobus” nominasiyasının yaradıcılarının marağını qazanmayıb.



Adam Sendlerin “Uncut Gems” filmində onun üçün tipik olmayan rolunun tənqidçilər tərəfindən rəğbətlə qarşılanması da, deyəsən, mükafat alacaqlar siyahısına onun adının salınması üçün kifayət etməyib.



Sonuncu  qəribəlik isə yanlış nominasiyada adı hallanan “The Lion King”lə bağlıdır. Belə ki, “Disney” bu lenti bədii film kimi təqdim etsə də, mükafatın təşkilatçıları onu animasiya filminə aid ediblər.



Qeyd edək ki, “Qızıl qlobus” mükafatının təqdimetmə mərasimi 2020-ci ilin yanvarın 5-də keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031