sheffaf.az
sheffaf.az

Kama Balidə bahalı klip çəkdirdi - Video

6-12-2019, 12:52

Kama Balidə bahalı klip çəkdirdi - Video

Rəqqasə Kama Safarəliyeva yeni klipi üçün İndoneziyaya gedib.Axşam.az xəbər verir ki, sənətçi Bali adasında obyektiv qarşısına keçib. O, klipinə də elə "Bali" adını verib. Kama beş fərqli obrazda adanın fərqli yerlərində rəqs nümayiş etdirib. Diqqətçəkən məqamlardan biri isə rəqqasənin okean sahilində çimərlik geyimində pozlar verməsi olub.

Kama ekran işində adanın sakinlərinə də yer verib. Onun makiyajı üzərində isə vizajist Günel Axundova çalışıb.
K.Safarəliyeva klipi barədə danışarkən fərqli görüntülər üçün Bali adasını seçdiyini deyib:
"İstədim ki, həm təbiət qoynu olsun, həm də fərqli bir klip alınsın. Bunun üçün də gözəl mənzərələrlə bol olan Balini seçdim. Məncə, pis də alınmadı. Klip çox rəngarəngdir".

Kama uşaqlıqdan rəqslə məşğul olduğunu, daim üzərində çalışdığını söyləyib:
"Uzun müddətdir rəqqasəlik edirəm. Uşaqlıqdan buna həvəsim olub. İndi də üzərimdə çalışıram. Qarşıda isə daha maraqlı layihələrim var".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031