sheffaf.az
sheffaf.az

Lalə Məmmədova ikinci dəfə ərə getmək istəyir

4-12-2019, 14:58

Lalə Məmmədova ikinci dəfə ərə getmək istəyir

Əməkdar artist Lalə Məmmədova yenidən ailə qurmaq istəyindən bəhs edib.

Axşam.az xəbər verir ki, müğənni bu haqda qonaq olduğu "Hər şey daxil" verilişində deyib. O, aparıcı-prodüser Tarix Əliyevin (Tolik) "Yenidən sevib, ailə qurmaq istəyirsiniz" sualına belə cavab verib:

"Əlbəttə, ailə qurmaq istəyirəm. Yəqin ki, o insan tamlığı ilə mənim gözümə görsənməyib. Görsənsə, əlbəttə ki, düşünürəm. Çünki qadın olmayan bir şey haqqında düşünmür. Bu dəqiqə mənim üçün önəmli olan mənim övladlarımdır, onların təhsilidir. Niyə də olmasın? Əgər məni olduğum kimi qəbul eləsə olar. Çünki bu yaşdan sonra biz dəyişə bilmərik".

L.Məmmədova Tolikin "Kasıb biri ilə ailə qurarsınız" sualına belə cavab verib:

"Bir misal var, deyirlər, insan əgər 30-a qədər qazana bilmirsə, ondan o tərəfəsi öz günahıdır. Əlbəttə, pul ilə hər şey ölçülmür, pulla hər şeyi də almaq olmur. Əgər doğrudan sevsə, gözünə görsənməyəcək, kasıbdır, diplomu var və ya yoxdur. Sənə qayğı göstərən, olduğun kimi sevən varsa, olar. Bu gün mən öz ayağımın üstündə dururamsa, qarşıma çıxan da mənim səviyyəmdə olmalıdır".

Qeyd edək ki, Məmmədova ailəli olub və ayrılıb. Onun iki övladı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031