sheffaf.az
sheffaf.az

Polisə bıçaqla hücum edən şəxsə hökm oxundu

26-11-2019, 16:52

Polisə bıçaqla hücum edən şəxsə hökm oxundu

Astarada polis əməkdaşına qarşı müqavimətdə, qanunsuz silah gəzdirməkdə təqsirləndirilən Ramil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sheffaf.az apa-ya istinadən əbər verir ki, Astara Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən R. Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il rayonun Nizami küçəsi 22 ünvanında yerləşən Mədəniyyət Mərkəzinin qarşısında baş verib.

R. Həsənov sərxoş vəziyyətdə Astara Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı Rəhimov Pünhan Sədayıl oğlu ilə aralarında yaranan mübahisə nəticəsində polisə hücum edib. O, P. Rəhimovun xidməti gödəkcəsini və köynəyini dartıb zədələməklə, üzərində gəzdirdiyi ov bıçağı ilə ona xəsarət yetirməyə cəhd edib.

R. Həsənova Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsi zor tədbiq etmə), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031