sheffaf.az
sheffaf.az

Mourinyodan maraqlı cavab - “Onda "Çelsi"dən qovulmamışdım"

22-11-2019, 12:37

Mourinyodan maraqlı cavab - “Onda "Çelsi"dən qovulmamışdım"

“Tottenhem”in yeni baş məşqçisi Joze Mourinyonun London klubunda keçirdiyi ilk mətbuat konfransında maraqlı anlar yaşanıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı çalışdırıcı jurnalistlərin verdiyi suallara özünəməxsus cavablar verib.

O, “4 il əvvəl sizə "Tottenhem"ə mümkün keçidiniz barədə sual ünvanlanmışdı. Siz isə "Çelsi"ni, azarkeşləri çox sevdiyinizi və heç vaxt "Tottenhem"i çalışdırmayacağınızı demişdiniz. İndi nə dəyişib” sualına belə cavab verib: “Onda "Çelsi"dən qovulmamışdım (gülür).

Daha sonra digər jurnalistin verdiyi “Sizcə, Çempionlar Liqasının finalında məğlub olmaq “Tottenhem”ə necə təsir etdi” sualını isə belə cavablandırıb: “Bilmirəm. Çünki mən heç vaxt Çempionlar Liqasının finalında məğlub olmamışam”.

Qeyd edək ki, daha öncə “Portu”, “Çelsi”, “Real”, “İnter” və “Mançester Yunayted"də çalışan 56 yaşlı mütəxəssis 2 dəfə Çempionlar Liqasının, 1 dəfə Avropa Liqasının qalibi olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031