sheffaf.az
sheffaf.az

Hicran Hüseynova helikopterlə Ağdama getməsinə aydınlıq gətirdi

22-11-2019, 11:52

Hicran Hüseynova helikopterlə Ağdama getməsinə aydınlıq gətirdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova helikopterlə Ağdamda vətəndaşlarla görüşə getməsi məsələsinə aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına görə, o, YAP-ın İcra Katibliyində bildirib ki, Komitənin nə hekopteri, nə təyyarəsi var:

“Bizim qurum ən aşağı büdçəsi olan komitədir. Maşınım xarab olduğu və gec düzələcəyi üçün mən cəbhə zonasında görüşə helikopterlə getmək üçün hərbçilərə zəng etdim. Xahiş etdim ki, reys varsa, məni də özləri ilə aparsınlar.

Çünki məni orada 30-dan çox insan gözləyirdi. Mən hərbi helikeptorla getmişəm. Bu təhlükəli gediş idi. Sərhəd zonasında görüş idi və hər şey ola bilərdi”.

“Qısa müddətdə ora çatdım, 30-dan çox insanı, 50-dən çox qadını qəbul etdim. Mən oraya nə kefə, nə də kurorta getmişdim”, - deyə H.Hüseynova qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031