sheffaf.az
sheffaf.az

Azərbaycanda zəncirvari qəza: 1 nəfər öldü, 2 yaralı var

8-05-2019, 14:51

Azərbaycanda zəncirvari qəza: 1 nəfər öldü, 2 yaralı var

Beyləqan rayonunun Gödəklər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, mayın 7-də saat 1 radələrində Beyləqan rayonunun Gödəklər kəndi ərazisində Xocavənd rayon sakini V.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən kənd sakini M.Məhərrəmovun idarə etdiyi “T-28” markalı traktora vurub, idarəetməni itirdiyindən avtomobil əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini İ.Abbasovun idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb.

Nəticədə V.Novruzovun sərnişinlərindən Ağcabədi rayon sakini Xəlil Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, özü və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031