sheffaf.az
sheffaf.az

Şah İsmayıl Xətainin Bakıdakı heykəlinin yeri dəyişdirilir?

21-11-2019, 13:56

Şah İsmayıl Xətainin Bakıdakı heykəlinin yeri dəyişdirilir?

Bakının Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin abidəsinin yeri ilə bağlı bir sıra müzakirələr aparılıb. 

Oxu.Az xəbər verir ki, hazırda Yusif Səfərov küçəsində intensiv hərəkətin müşahidə edildiyi iki yolun ortasındakı ərazidə yerləşən abidənin yerinin dəyişdirilməsi ilə bağlı məlumatlar yayılıb.

Bunun səbəbi vətəndaşların abidəni ziyarət edə bilməməsidir. Heykəlin yeri ilə bağlı sosial şəbəkələrdə yaranan narazılıqlar ara-sıra müzakirə edilirdi. İnsanlar heykəlin yerinin dəyişdirilməsi məsələsinə müsbət yanaşırlar. Hətta bu müzakirələr bir sıra qurumların da diqqətini çəkib. 


Əldə etdiyimiz məlumata görə, Şah İsmayıl Xətainin abidəsi hazırkı yerindən təxminən 50-100 metr aralıda - Mərkəzi Neftçilər Xəstəxanasının yaxınlığındakı ərazidə qoyulacaq. Ş.İ.Xətainin abidəsinin daha əzəmətli olması üçün İngiltərənin tanınmış memarı Mənsur Bookani tərəfindən yeni layihə hazırlanır.

Layihəyə görə, Şah İsmayıl Xətainin şah çadırında taxtda oturmuş şəkildə olacaq abidəsi Yusif Səfərov küçəsinə baxacaq. Hansı ki, bu küçə olduqca aktivdir və ərazidən keçəndə abidə çox rahat bir şəkildə görünəcək. 

Nəticədə, abidəni ziyarət etmək istəyən vətəndaşlar üçün hazırda mövcud olan çətinlik aradan qalxmış olacaq. 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, bu məsələ ilə bağlı heç bir açıqlama verilməyib.



Şah İsmayıl Xətainin Bakıdakı heykəlinin yeri dəyişdirilir?
Şah İsmayıl Xətainin Bakıdakı heykəlinin yeri dəyişdirilir?






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031