sheffaf.az
sheffaf.az

Azər üçüncü dəfə evlənir

21-11-2019, 12:23

Azər üçüncü dəfə evlənir

Tanınmış aparıcı Azər İsmayılov (Zahid) üçüncü dəfə ailə həyatı qurur.

Sheffaf.az “qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu dəfə İlahə adlı xanımla nikah bağlayır.

Bir müddətdir sevgili olan cütlük münasibətini rəsmiləşdirmək qərarına gəlib. Toy noyabrın 21-də Bakıda restoranların birində baş tutacaq.

Maraqlısı odur ki, Azər ikinci evliliyinin bitməsi xəbərini mətbuatdan gizlətsə də, bu barədə məlumat ötən ilin mayında Axşam.az saytında yer almışdı. O, 2016-ci ildə ailə qurduğu Nəcibə adlı xanımla yollarını ayırmışdı. İddia olunur ki, 2-ci boşanmaya səbəb cütlüyün övladının olmamasıdır.

Bundan əlavə, A. İsmayılov növbəti nikahından Uğur adlı oğlunun olduğunu sosial şəbəkədə qeyd etsə də, daha sonra uşağın aparıcının öz övladı yox, bacısının oğlu olduğu ortaya çıxmışdı.

Xatırladaq ki, Azərin birinci evliliyi aparıcı Vüsalə Əlizadə ilə olub. Cütlük 2013-cü ildə ayrılıb. Onların bu nikahdan Dilək adlı qız övladı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031