sheffaf.az
sheffaf.az

Elmira Süleymanova istefa verdi? - AÇIQLAMA

15-11-2019, 11:31

Elmira Süleymanova istefa verdi? - AÇIQLAMA

Ombudsman Elmira Süleymanovanın istefa ərizəsi yazdığı barədə məlumat yayılıb.

Sonxeber.az xəbər verir ki, bu barədə musavat.com-a daxil olan məlumatda hətta onun yerinə təyin ediləcək şəxsin artıq müəyyənləşdirildiyi də qeyd edilib. İddiaya görə, Milli Məclisin növbəti iclaslarının birində yeni ombudsman məsələsinin müzakirə ediləcəyi, Azərbaycanın ikinci ombudsmanının hazırda parlament üzvü olan vəzifəli xanım deputatlardan biri olacağı da vurğulanıb.

Məsələ ilə bağlı Ombudsman aparatından Axar.az-a bildirilib ki, bu barədə hələlik dəqiq informasiya yoxdur.

Xatırladaq ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 82 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031