sheffaf.az
sheffaf.az

Deputat: "Çəkməçidən 5 manat, toya 10 minə gedəndən 30 manat vergi alırıq"

14-11-2019, 14:10

Deputat: "Çəkməçidən 5 manat, toya 10 minə gedəndən 30 manat vergi alırıq"

"Milli Məclisdə dəfələrlə məsələ qaldırılıb ki, vətəndaşların vergiyə inamını artırmaq üçün "tolkuçka"lardan başlamaq lazımdır".

Bunu Milli Məclisin bu gün keçriilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, hamı bilir ki, həmin "tolkuçka"ları kim idarə edir: "Nə qədər vəsait vergidən yayındırılır, sahibkarlardan əlavə pul yığılır. Prezident dəfələrlə bildirib ki, sahibkarlar yalnız vergi ödəməlidirlər. İnsanlar görsələr ki, həmin yerlərdə vergi nizam-intizamı yaradılıb, sahibkarlar heç bir problemsiz öz vergilərini ödəyəcəklər”.

Deputat İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edərək bildirib ki, Bakının mərkəzi köşklərlə doludur: "Həmin köşklərdə "Reklam haqqında” qanuna zidd olaraq, şüşələrin arxasında siqaretlər düzülüb. Dünyanın heç bir yerində siqaret bu formada reklam olunmur. Hesab edirəm ki, siz bunları aradan qaldırsanız, hər kəs görəcək ki, qanunlar hamı üçün eynidir. İnsanlar bunu görməyincə, heç bir səylər nəticə verməyəcək”.

Q. Həsənquliyev toylardakı sadələşdirilmiş vergi məsələsinə də toxunub: "Qeyd olunub ki, videoçəkiliş edən şəxslər, fotoqraflar 30 manat sadələşdirilmiş vergi verir. Hamımız bilirik ki, elə artistlər var, 10-14 min manata toya gedir. 30 manat vergi onlar üçün nə sadələşdirilmiş vergi ola bilər ki? Çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat. Bu, nə dərəcədə ədalətli vergi qoymadır? Hesab edirəm ki, biz qeyd etdiyim məsələlərə bir də baxmalıyıq". (APA)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031