sheffaf.az
sheffaf.az

Metrostansiyalara ad verilməsi ilə bağlı məsələyə aydınlıq gətirildi

8-11-2019, 15:04

Metrostansiyalara ad verilməsi ilə bağlı məsələyə aydınlıq gətirildi

Metropoliten yeni stansiyaların adı ilə bağlı qərar yox, təklif verə bilər.

Oxu.Az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov yeni tikilən stansiyalara adların verilməsi ilə bağlı məsələyə də münasibət bildirib.

Onun sözlərinə görə, metrostansiyalarının adları Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Adqoyma Komissiyası tərəfindən seçilir:


“Onu da qeyd edim ki, metropoliten də yeni stansiyaların adları ilə bağlı bir sıra təkliflər irəli sürür. Buna baxmayaraq, yekun qərarı Nazirlər Kabinətində fəaliyyət göstərən komissiya təsdiq edir”.

Qeyd edək ki, bir müddət əvvəl şərti adı “B3” olan stansiyaya Milli Qəhrəman Mübariz İbrahimovun adının verilməsi təklif olunurdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930