sheffaf.az
sheffaf.az

İranda 5.9 bal gücündə zəlzələ olub, Azərbaycanda da hiss edilib

8-11-2019, 08:39

İranda 5.9 bal gücündə zəlzələ olub, Azərbaycanda da hiss edilib

İranın şimal-qərbində 5.9 bal gücündə zəlzələ baş verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Ocağı 62 kilometr dərinlikdə yerləşən zəlzələlərin episentri Təbriz şəhərindən cənub-şərqdə 156 kilometr məsafədə qeydə alınıb.

Dağıntılar və təlafat barədə məlumat verilməyib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, İranda baş vermiş zəlzələ Azərbaycanın bir sıra rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930