sheffaf.az
sheffaf.az

Səhiyyə Nazirliyi: Oqtay Gülalıyev əməliyyat olunur - YENİLƏNİB

30-10-2019, 13:48

Səhiyyə Nazirliyi: Oqtay Gülalıyev əməliyyat olunur - YENİLƏNİB

Oqtay Gülalıyev əməliyyata hazırlanıb, ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib.

Bununla bağlı “City Hospital”dan Səhiyyə Nazirliyinə məlumat verilib.

“Bundan sonra ailəyə əməliyyatın keçirilməsinin vacibliyi izah edilib. Səhiyyə Nazirliyi “City Hospital”a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər.

Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək”.

12:18

Səhiyyə Nazirliyi dünən axşam avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən Oxu.Az-a bildirilib ki, Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib:

“Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər.

Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031