sheffaf.az
sheffaf.az

Metronun "28 May" stansiyası qarşısındakı meydan polis tərəfindən mühasirəyə alındı

19-10-2019, 15:18

Metronun "28 May" stansiyası qarşısındakı meydan polis tərəfindən mühasirəyə alındıBakının mərkəzində metronun "28 May" stansiyası və dəmiryolu vağzalı qarşısındakı meydan oktyabrın 19-da səhər saatlarından etibarən polis tərəfindən mühasirəyə alınıb.
Bizimyol.info xəbər verir ki, meydan ətrafındakı bütün mağazalar bağlanıb, xırdavat, qəzet, içki satan köşklər yığışdırılıb. Həmçinin, böyük ictimai iaşə obyektləri və ticarət mərkəzləri bağlanıb. Meydandakı dayanacaqdan yüzlərlə avtomobil yığışdırılıb.

Meydan boyunca içərisində polislər olan avtomobillər yerləşdirilib, meydanda mülki geyimli polislər və digər hüquq-mühafizə orqanlarının əməkdaşları patrul xidməti çəkir.

Bütün bu təhlükəsizlik tədbirləri Demokratik Qüvvələrin Milli Şurasının saat 15-ə təyin edilmiş icazəsiz mitinqi ilə bağlı görülüb.

Müxalifət bütün vətəndaşları hökumətin siyasətinə, korrupsiyaya və siyasi məhbus probleminə qarşı etiraz mitinqinə çıxmağa çağırıb.

Hakimiyyət şəhərin mərkəzində mitinqə icazə verməkdən imtina edib, aksiyanı paytaxtdan 20 km məsafədə keçirməyi təklif edib.

Aksiya ərəfəsində hakimiyyət icazəsiz aksiyaya görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edib və onlarla müxalifət fəalını həbs edib.(Turan)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930