sheffaf.az
sheffaf.az

Utanmasan, oynamağa nə var ki... - Paşinyan özü-özünü İFŞA EDİR

12-10-2019, 15:50

Utanmasan, oynamağa nə var ki... - Paşinyan özü-özünü İFŞA EDİR

Gözlənildiyi kimi Türkiyənin “Sülh çeşməsi” hərəkatı bir sıra dövlət və hökumət başçıları tərəfindən etirazla qarşılandı.

Maraqlıdır ki, həmin rəsmilər arasında işğalçı Ermənistanın Baş naziri Nikol Paşinyan da var. Lakin Paşinyan daha da irəli gedərək, “Sülh çeşməsi” əməliyyatları ilə bağlı xüsusi iclas keçirib, Ankaranın addımlarını qınayıb. Əslində İrəvanın addımı gözlənilməz deyil. Ermənistanın PKK terrorçularına dəstək verməsi, onlara “qucaq açması” barədə məlumatlar dəfələrlə xarici kəşfiyyat qurumlarının hesabatlarında yer alıb. Ona görə də terrorçu ölkəyə rəhbərlik edən Paşinyanın bu addımını normal qarşılamaq lazımdır. Utanmasan, oynamağa nə var ki...

Məsələ ilə bağlı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a danışıb.



Politoloq hesab edir ki, Paşinyan özü Cənubi Qafqazın bugünkü vəziyyətində işğalçı dövlətin baş naziri kimi həm onun, həm də Ermənistanın günahkar olduğunu başa düşməlidir:

“Onun Hələblə bağlı açıqlaması ilə əslində Ermənistan özünü tora salmaqla məşğul olur. Paşinyan erməni missiyasını Hələbdə əsas missiyalardan biri hesab edir. Real olaraq isə hamı bilir ki, Ermənistandan gedən hərbçilər humanitar vəziyyətin yaxşılaşması ilə məşğul deyillər. Suriyanın şimalı ilə bağlı dünya ölkələrinin rəsmi Ankaranı qınaması onu göstərir ki, onlar güclü Türkiyənin inkişafında maraqlı deyillər. Burada qeyri-adi heç nə yoxdur. Qeyri-adi olan bu gün Ermənistan baş nazirinin faktiki olaraq, Ermənistanın Türkiyəyə qarşı tutduğu mövqeni əslində açıq şəkildə bildirməsidir. Ermənistanın Türkiyəyə ərazi iddiaları var. Eyni zamanda ermənilər PYD-YPG, PKK, ümumdünya ASALA təşkilatı və digər Yaxın Şərqdəki terror təşkilatları ilə birgə fəaliyyət göstərirlər. Hamıya yaxşı məlumdur ki, Türkiyədəki PKK kürd terror qruplaşması əslində ASALA ilə eyni xətt üzrə Türkiyəyə qarşı fəaliyyət göstərir. Bütün bu illər ərzində kürd terror qruplaşmalarının başında (xüsusilə PKK) məhz erməni əsilli şəxslər dayanıb. Onlar kürdlər adından Türkiyəni sıxışdırmaqla, ayrı-ayrı şəhərlərində terror törətməklə məşğuldurlar”.

Z. Məmmədov bildirib ki, Ermənistan özü faşizmi dəstəkləyən ölkədir:

“Ona görə də onların bu əməlləri anlaşılandır. Ermənistanda Qaregin Nidjeyə abidənin ucaldılması Ermənistan daxilində digər etnik qruplara qarşı zülm siyasəti aparmasının da sübutudur. Türkiyəni oradakı etnik qruplara və ayrı-ayrı dindən olan şəxslərə qarşı aqresiyyada günahlandıran Ermənistan əslində özü bu illər ərzində monoetnik dövlət quraraq, həm digər dinlərdən olan nümayəndələrə, həm də etnik qruplara qarşı amansız fəaliyyətlə məşğul olub”.

Politoloq vurğulayıb ki, Paşinyan Azərbaycanın da Ermənistana qarşı bu cür əməliyyatlara başlayacağından narahatdır:

“Artıq Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov həm BMT tribunasından, həm də MDB XİN rəhbərlərinin toplantısındakı çıxışında müharibə variantının mümkünlüyünü dilə gətirib. Doğrudur, Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır. Lakin təəssüflər olsun ki, Ermənistanın tutduğu mövqe, aqresiyya siyasəti regionda vəziyyəti dəyişə bilər. Azərbaycan da digər yollara ata bilər. Ölkəmizin öz ərazilərində antiterror əməliyyatı keçirmək haqqı var. Bugünkü işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ərazi bütövlüyünə və milli təhlkəsizliyinə təhdiddir. Bu istiqamətdə Paşinyan apardığı siyasəti davam etdirəcəksə, Azərbaycanın da antiterror əməliyyatlara başlamasını heç kim istisna edə bilməz”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031