sheffaf.az
sheffaf.az

Taksi sahəsində CİDDİ DƏYİŞİKLİKLƏR olacaq - Rəsmi AÇIQLAMA

9-10-2019, 16:04

Taksi sahəsində CİDDİ DƏYİŞİKLİKLƏR olacaq - Rəsmi AÇIQLAMA

"Qarşıdakı illərdə taksi sektorunda mühüm dəyişikliklərin şahidi olacaqsınız".

Bunu Redaktor.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev taksi xidmətinə nəzarətlə bağlı verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə ciddi iş aparılır:

"Taksi sahəsi bu gün bir qədər həssas, sosial məsələdir. Burada nəzərdə tutulan dəyişikliklər elə icra edilməlidir ki, nə sürücülər, nə də sərnişinlər əziyyət çəkməsin. Biz mövcud reallıqları nəzərə alaraq, bu xidmət sahəsində dəyişiklər etmək niyyətindəyik. Bu günə qədər vətəndaşlar tərəfindən hiss edilmədən bir sıra proseslər baş verib. Misal olaraq, "BakıKart" sisteminə keçidi göstərə bilərəm.

Taksi xidmətinin keyfiyyətinin artırılması və bu sahədə vətəndaşlarımıza müasir tələblər səviyyəsində xidmətin göstərilməsinə nail olmaq üçün hazırda ciddi iş aparılır. Xarici təcrübə öyrənilməklə konsepsiya hazırlanıb. Taksi fəaliyyətinə dair tələblər də artıq Nazirlər Kabineti tərəfindən təsdiq edilib”.

M. Ağayev həmçinin əlavə edib ki, yeni konsepsiyanın icrası ilə taksi xidmət sahəsində çox ciddi və köklü dəyişikliklər olacaq:

“Konsepsiyanın icrası həm sürücülərin, həm də sərnişinlərin maraqlarını tam təmin edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031