sheffaf.az
sheffaf.az

Sabiq nazirdən Əli Əsədovun Baş Nazir təyinatına REAKSİYA

9-10-2019, 11:15

Sabiq nazirdən Əli Əsədovun Baş Nazir təyinatına REAKSİYA

“Əli Əsədov çox yaxşı insandır, təvəzökardır, dövlətinə, Cənab Prezidentə sadiqdir”.



"Bunu Modern.az-a sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor, BMT-nin “Sülh səfiri” Əvəz Ələkbərov Əli Əsədovun Baş nazir təyin olunmasına münasibət bildirərkən deyib.



Sabiq nazir qeyd edib ki, Əli Əsədov neçə illər ərzində yaxşı təcrübə toplayıb, ölkədə gedən islahatları dərindən bilir:



"Ümumi milli lider Heydər Əliyevin yetişdirməsidir, onun dövlətçilik məktəbini keçmişdir. Neçə illər yaxşı təcrübə toplayıb, ölkədə gedən islahatları dərindən bilir, problemləri həll etmək üçün əzmlidir, həm də iqtisad elmləri üzrə alimdir. Elmi baxışları yüksəkdir. Yorulmazdır, məsləhətlərə qulaq asıb, düzgün qərar verməyə üstünlük verəndir. Dövlət hakimiyyəti orqanları, o cümlədən Nazirlər Kabinetinin aparatı və nazirliklərlə təması güclüdür. Dünya Bankı, Beynəlxalq Valyuta fondu, digər beynəlxalq və regional təşkilatlarla ölkəmizin əlaqələrini yaxşı bilir. Ümid edirəm Baş Nazir kimi yaxşı işləyəcək, bilik və bacarığını əsirgəməyəcək, Ölkə Prezidentinin etimadını tam doğruldacaq. Ona işində böyük uğurlar arzu edirəm”.



Qeyd edək ki, Prezident İlham Əliyev dünən Azərbaycan Respublikasının yeni Baş Nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib. Digər sərəncamla Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031