sheffaf.az
sheffaf.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

8-10-2019, 19:40

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Oktyabrın 8-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105019753 ISIN-li, 10 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.5675 AZN (10 faiz) və 101.1032 AZN (6.9 faiz) olan 18 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.5496 AZN (7.2 faiz), orta ölçülmüş qiyməti 100.7165 AZN (7.1093 faiz) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 39 milyon 833 min 900 AZN, yerləşdirilmiş həcmi isə 10 milyon AZN təşkil edib.

İstiqrazlar 2021-ci il oktyabrın 5-də ödəniləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031