sheffaf.az
sheffaf.az

Azərbaycan torpağında 150 siyasətçinin iştirakıyla “Artsaxın dostları” forumu keçiriləcək-SOS!..

8-10-2019, 19:18

Azərbaycan torpağında 150 siyasətçinin iştirakıyla “Artsaxın dostları” forumu keçiriləcək-SOS!..

2 gündən sonra – oktyabrın 11-də Azərbaycanın işğal altındakı Xankəndi şəhərində "Daşnaksütyun"un təşkilatçılığıyla “Sülh və ədalət naminə əməkdaşlıq” devizi altında üzdəniraq tədbir keçiriləcək.

Moderator.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, 30 ölkədən 150 siyasətçinin qatılacağı yığıncaq “Artsax dostları” forumu adlanır.

Konfransda iki mövzu müzakirə ediləcək:


1) "Artsax xalqı"nın öz müqəddəratını təyinetmə hüququ və sülh yolu ilə tənzimlənmə prosesi";


2) "Artsax"ı təcrid etmək üçün Azərbaycanın siyasətinə qarşı çıxmaqdan ötrü qondarma rejimin iqtisadi, mədəni və elmi-təhsil sahələrində beynəlxalq əlaqələrini genişləndirmək imkanları".

Ermənistan parlamentinin spikerinin və Avropa və ABŞ-dakı “Daşnaksütyun” və digər təşkilat nümayəndələrinin də çıxış edəcəyi Konfransda bəyannamə qəbul ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031