sheffaf.az
sheffaf.az

"Azərbaycanla oyunda büdrəmək olmaz" - Macarıstan millisinin hücumçusu

8-10-2019, 13:01

"Azərbaycanla oyunda büdrəmək olmaz" - Macarıstan millisinin hücumçusu

"Hər bir futbolçu karyerası ərzində milliyə dəvət almaq üçün çalışır. Hər hansı bir təzyiq olmasa da, yığmaya qayıtdığım üçün həyəcanlıyam. Qarşıdakı iki oyun bizim üçün çox vacibdir. Yenidən yığmaya çağırılmaq böyük şərəfdir”.

Qol.az xəbər verir ki, bu sözləri Macarıstan yığmasının hücumçusu Robert Feçzesin deyib.
"Uypeşt"in hücumçusu 8 illik fasilədən sonra Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlar üçün milliyə çağırılıb.

Feçzesin Macarıstan mətbuatına açıqlamasında final mərhələsi şanslarını davam etdirmək istədiklərini bildirib: "Yığmaya qayıtdığım üçün həyəcanlıyam. Qarşıdakı iki oyun bizim üçün çox vacibdir. Xüsusən də, Xorvatiya ilə görüş həlledici ola bilər. Onları evdə məğlub etmişik və səfərdə də bunu etmək istəyirik. Bununla yanaşı Azərbaycanla matçda da qəti şəkildə büdrəmək olmaz".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031