sheffaf.az
sheffaf.az

İçərişəhərdə “Azərbaycan mənzərələri” adlı fotosərgi açılacaq

7-10-2019, 14:05

İçərişəhərdə “Azərbaycan mənzərələri” adlı fotosərgi açılacaq

Oktyabrın 9-da “Art Tover” rəsm qalereyasında fotoqraf Aleksandr Karyaginin “Azərbaycan mənzərələri” adlı fotosərgisi açılacaq. Sərgi “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq. Bu barədə AZƏRTAC-a “Arts Council Azerbaijan”nın rəhbəri Dadaş Məmmədov məlumat verib. Onun sözlərinə görə, sərgi çərçivəsində “Art Tover” qalereyasında yeni fəaliyyətə başlayan fotoqrafiya məktəbinin rəsmi açılışı da nəzərdə tutulur.

Sərgidə nümayiş olunan fotolar Azərbaycanın gözəlliyini əks etdirir. Müxtəlif rayon və şəhərlərdə çəkilən fotolar, həmçinin ölkəmizi yaxından tanımağa imkan yaradır. Fotoqrafiya məktəbinin yaradılması foto sənətinə marağın artırılması, peşəkar fotoqrafların hazırlaması məqsədi daşıyır.

Sərgi oktyabrın 12-də ziyarətçilər üçün açıq qalacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031