sheffaf.az
sheffaf.az

Elman Babayevə vəzifə verildi

3-10-2019, 17:36

Elman Babayevə vəzifə verildi

Əməkdar jurnalist Elman Babayevə Bakı Mühəndislik Universitetində vəzifə verilib.

Oxu.Az xəbər verir ki, universitetdə təbliğat işinin gücləndirilməsi məqsədilə struktur dəyişikliyi aparılıb.

Təhsil müəssisəsinin mətbuat xidməti ləğv olunaraq, onun bazasında İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Əməkdar jurnalist Elman Babayev şöbənin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Babayev “Kaspi”, “Azərbaycan müəllimi” qəzetlərində, Trend İnformasiya Agentliyində çalışıb. Həmçinin, uzun illər bir çox dövlət qurumlarında ictimaiyyətlə əlaqələr sahəsinə rəhbərlik edib.

Prezident İlham Əliyevin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930