sheffaf.az
sheffaf.az

Rasim Balayevin səhhətində problemlər yaranıb

26-09-2019, 11:18

Rasim Balayevin səhhətində problemlər yaranıb


Xalq artisti Rasim Balayevin səhhəti pisləşib. Bu barədə sənətçinin özü Publika.az-a məlumat verib.


"Rasim bəy, özünüzü necə hiss edirsiniz" sualına aktyor belə cavab verib:


"Belə də, qocafəndi, yaş öz sözünü deyir. Yeriyə bilmirəm, ayaqlarım tutulub, bel və ayaq ağrıları məni incidir. Ayağımda şiş var, su yığılıb".


Rasim Balayev bildirib ki, Gömrük Hospitalında fizioterapiya müalicəsinə başlayıb.


Məlumat üçün bildirək ki, Xalq artisti keçən il bel yırtığı diaqnozu ilə müalicə üçün Türkiyəyə getmişdi.


Xatırladaq ki, aktyor verdiyi müsahibələrinin birində "Babək" filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxıldığını və fəsadlarının indi üzə çıxdığını demişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031