sheffaf.az
sheffaf.az

Bakıda dələduzluq edən şəxs döyüldü

19-09-2019, 16:41

Bakıda dələduzluq edən şəxs döyüldü

Bakı sakini T.Səttarov Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, Biləcəri qəsəbəsində bir neçə nəfər tərəfindən döyülərək ölümlə hədələnib.

Anews.az-ın xəbərinə görə, araşdırma zamanı müəyyən edilib ki, T.Səfərov Rüstəm, Yusif, Musa, Vüsal, Fəxrəddin və Müşviq adlı şəxslərin hər birindən 15 min manat pul alıb. Onları vaxtından əvvəl təqaüdə çıxmasına köməklik göstərəcəyi vədini verib. Verdiyi vədə əməl etmədiyi üçün o həmin şəxslər tərəfindən döyülərək hədələnib.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, T.Səttarov xəstəxanalardan birində kuryer işləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031