sheffaf.az
sheffaf.az

Azərbaycanda erkən nikahların daha çox qeydə alındığı bölgələr açıqlandı

19-09-2019, 14:58

Azərbaycanda erkən nikahların daha çox qeydə alındığı bölgələr açıqlandı

"Bu gün cənub zonasında erkən nikahlarla bağlı rəqəm artıq qorxulu deyil. Çünki bu göstərici Aran rayonlarında daha çox artıb".

"Report" xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün erkən nikahlar Bakı kəndlərində də qeydə alınır: "Araşdırmamıza görə, cənub zonasının bəzi ucqar kəndlərində son 10-15 ildə ali təhsil alan bir qız belə yoxdur. Bəzi bölgələrdə isə təhsil alan qızların sayı oğlanlardan çoxdur. Bunun da səbəbi həmin bölgələrdə oğlanların radikal dini qruplaşmaların təsiri altına çox düşmədidir".

A.Veysəlova bildirib ki, bu gün 15-17 yaşlı qadınların dünyaya gətirdiyi körpələrin sayı xeyli azalsa da, ötən ilin rəqəmləri (2129) heç də az deyil: "Çünki gərək 15-17 yaşında 3000-3500 qız qeyri-rəsmi nilkaha girməlidir ki, onlardan da 2129 körpə dünyaya gəlsin".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031