sheffaf.az
sheffaf.az

Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib

19-09-2019, 13:56

Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib

Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə MDB ölkələrindən, o cümlədən Azərbaycandan, habelə Litva, Latviya, Estoniya, Fransa, Niderland, ABŞ-dan və digər ölkələrdən nümayəndə heyətləri iştirak ediblər. Assambleya Rusiya Kitab İttifaqı tərəfindən təşkil olunub.

Layihədə məqsəd qiraət mədəniyyətinin gücləndirilməsində səylərin birləşdirilməsidir. Rusiya Kitab İttifaqının sədri Sergey Stepaşin tədbirin açılışında çıxış edərək bildirib ki, Hazırda bütün dünyada qiraət, xüsusilə də uşaq qiraəti ilə bağlı böyük problemlər var. Tədbirin də məqsədi bu sahədə olan çatışmazlıqları üzə çıxarmaq, təcrübə mübadiləsi aparmaqdır. S.Stepaşin həmçinin qeyd edib ki, görüş iştirakçıları ölkələrinin tanınmış yazıçılarının kitablarının təbliği məsələlərini də müzakirə edirlər. Belə ki, hər bir ölkəni kitab vasitəsilə tanıtmaq daha yaxşıdır.

Tədbirdə çıxış edən “Azərkitab” Kitab Təbliği Mərkəzinin layihə rəhbəri Sabir Həsənov qurumun Azərbaycanda kitab təbliği sahəsində gördüyü işlərdən danışıb. Bildirib ki, Mərkəzdə gənclərin kitaba marağının artırılması üçün məşhur yazıçılarla görüşlər, kitab təqdimatları keçirilir, habelə “İnternet mağaza” yaradılıb. S.Həsənov vurğulayıb ki, ölkəmizdə rus dilində təhsil həyata keçirən təhsil müəssisələri çoxdur. Bu səbəbdən “Azərkitab” kitab seçimi zamanı Rusiya nəşriyyatlarının çap etdiyi elmi kitablara geniş yer verir. O, Bakıda dünya nəşriyyatlarının tədris və elmi kitab mərkəzinin yaradılması planı barədə də məlumat verib.

Tədbir iştirakçıları rəqəmsal cəmiyyətdə kitab və oxucu problemləri, kitab sənayesində müasir modellər və meyllər, informasiya məkanının qloballaşması şəraitində milli ədəbiyyatın özgürlüyünün qorunub saxlanması və digər məsələləri müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031