sheffaf.az
sheffaf.az

Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

19-09-2019, 10:29

Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Ötən il Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 30 faizə qədər artaraq, 3,2 və ya 3,4 mlrd. ABŞ dollar civarına çatıb.

Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ticarət dövriyyəsi ilə bağlı rəqəmlər kifayət deyil:

“2015-ci ildən sonra bizim ticarət dövriyyəmiz hətta 5 mlrd. dollar səviyyəsinə də qalxıb. Bizim əsas məqsədimiz tez bir zamanda ən azından 5 mlrd. dollarlıq ticarət səviyyəsini bərpa etmək və daha da artırmaqdır“.

Səfir Türkiyə vitse-prezidentinin bir neçə gün öncə Bakıya səfərinə də toxunub və hökumətlərarası komissiyanın apardığı müzakirələrdə əsas məsələnin iqtisadi əlaqələrin daha da genişləndirilməsi olduğunu vurğulayıb:

“İqtisadi əlaqələrin daha da gücləndirilməsi vacibdir. Bunun üçün artıq ticarətin yetərli olmadığını düşünürük. Hesab edirik ki, investisiyaların həcmi artırılmalıdır. Bundan sonra da ona fokuslanacağıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031