sheffaf.az
sheffaf.az

Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF

18-09-2019, 16:47

Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF

Azərbaycanda deputat məktəb yaşında uşaqları olan aztəminatlı ailələrə ildə bir dəfə təhsil ehtiyaclarını ödəmək üçün müavinətin verilməsini təklif edir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə üzvü Jalə Əliyeva çıxış edib.

Onun sözlərinə görə, Azərbaycanda 5-dən çox uşağı olan qadınlara hər ay 55 manat, doğuşa görə 200 manat birdəfəlik müavinət verilir: "Amma bu gün vətəndaş yenə də "uşaq pulu bərpa ediləcəkmi?"-deyə, sualla müraciət edir. Şəxsən mən düşünürəm ki, məktəb yaşında olan ailələrə birdəfəlik müavinət verilə bilər. Bəzən bir ailədə 2-3 uşaq məktəbə gedir. Avqustun sonu, sentyabrın əvvəlində belə ailələrdə müəyyən sıxıntılar olur. Xüsusilə, ilk dəfə məktəbə gedən uşağın həddindən çox qayğısı var, məktəbin də tələbləri çox olur. Buna görə heç olmasa hər il məktəbyaşlı uşaqları olan ailələrə bir dəfə birdəfəlik - sırf məktəb ehtiyaclarını ödəmək üçün müavinət ayrılsın. Bu məsələ gələn ilin büdcə müzakirələrində ortaya atılarsa, onun həlli ölkədə sosial siyasətin inkişafəna təkan verər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031